Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


06.04.2023  13:56 

Mübariz Qurbanlı da Iranı sərt tənqid etdi





A+  A-

İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir. İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq.

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri vurğulayıb ki, İran özü bundan çox ciddi ziyan çəkə bilər və ziyan çəkəcək.

"Həm bizim səfirliyimizə qarşı terror aktı, eyni zamanda millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, İran rejimi müxtəlif sahələrdə olan adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edib. Bunun bir hissəsini isə din adı altında həyata keçirib”, - deyə Mübariz Qurbanlı qeyd edib.

Xəbər 2497 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +