Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


06.04.2023  11:21 

Tovuzda narkokuryerlik edən qardaşlar tutuldu





A+  A-

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Yevlax şəhər sakini Elçin Mikayılov, qardaşı Elnur Mikayılov və həmyerlisi Orxan Məmmədov Tovuz rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında Bakı şəhərinə aparmağa razılaşıb.

O. Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram “marixuana”, 400 qram “həşiş qətranı”, 400 qram “heroin” və 63 qrama yaxın “tiryək” olan ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər 2538 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +