Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


19.12.2022  13:37 

Qar xəbərdarlığı: Agentlik məlumat yaydı





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecədən etibarən 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Agentlik gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını, mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edib.

Xəbər 2534 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +