Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


09.12.2022  10:06 

Culfa, Şahtaxtı və Sədərək gömrük idarələri ləğv olunub





A+  A-

“Culfa, Şahtaxtı və Sədərək gömrük idarələri ləğv olunub, yerinə gömrük postları yaradılıb. Bundan əlavə Naxçıvan Hava Limanı gömrük postu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə, yəni Bakıya birləşdirilib. Digər gömrük postları isə Azərbaycan DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinə tabe etdirilib”.

XəzərNews.az xəbər verir ki, bu barədə ekspert Heydər Oğuz öz mənbələrinə istinadla məlumat yayıb.

O bildirib ki, maliyyə sahəsində “insan amili” sıfırlanır:

“Naxçıvan şəhər Gömrük İdarəsi ləğv olunaraq, yerinə Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsi yaradılıb.

Ən mühüm islahatlar isə maliyyə ödəmələrində aparılıb. Əvvəl bu işə Naxçıvan MR Gömrük idarələrinin maliyyə rəisləri baxırdılarsa, bu gündən etibarən postlarda ödəmə terminalları qoyulacaq və bu işdə insan amili aradan qaldırılacaq”.

Xatırladaq ki, DTX-nin Naxçıvanda apardığı antikorrupsiya əməliyyatı zamanı Naxçıvan Gömrük Komitəsində 132 milyon manatlıq yeyinti faktı aşkarlanmışdı. Bundan sonra Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nə tabe Baş İdarə yaradıldı”.

Xəbər 2577 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +