Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


09.09.2021  18:43 

MTN generalı bu şəxsləri şantaj edib - Adlar





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi məhkəmə icraata qəbul edilib.
XəzərNews.az xəbər verir ki, məhkəmə iclasına Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Cinayət işi üzrə 4 zərərçəkmiş var. Onlar Abbasov Emin Seyid Ağa oğlu, Ağayev Rahib Balay oğlu, Ağayev Vüqar Asif oğlu, Yusifov Mirzəli Ağaəli oğludur.

İttihama görə, adıçəkilən şəxslərin mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.

Xəbər 4055 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +