Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


13.04.2021  11:07 

14 yaşlı qızın qaçırılma iddiası haqda - DİN-dən açıqlama





A+  A-

Goranboyda 14 yaşlı qızın ailəsi övladlarının həmkəndliləri tərəfindən evlənmək məqsədilə qaçırıldığını bildirir.
XəzərNews.az-ın məlumatına görə, Rayonun Goranlı kənd bələdiyyəsindən “Qafqazinfo”ya verilən açıqlamada bildirilib ki, 14 yaşlı Aynur (şərti) ilə 24 yaşlı Cavid (şərti) bir-birini seviblər. Bir müddət əvvəl qızın ailəsi xəbər tutub və buna qarşı çıxaraq Aynurun istifadə etdiyi telefonu ondan alıblar.

İddiaya görə, 14 yaşlı qız bundan sonra Cavidə xəbər göndərib ki, gəlib onu qaçırtsın. Lakin oğlan hələ tez olduğunu deyərək imtina edib. Bir neçə gün sonra Aynur evdən gizlicə paltarlarını götürərək Cavidgilə gedib, artıq onlarda yaşayacağını bildirib.

Hadisə ilə bağlı DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, rayonun Goranlı kəndində 14 yaşlı qızın qaçırılması barədə polisə müraciət daxil olub: “Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə qızın yeri müəyyən edilib. Müvafiq araşdırma zamanı müəyyən edilib ki, qaçırılma hadisəsindən söz gedə bilməz. Yeniyetmə xanım öz istədiyi həmkəndlisinin evinə gələrək evlərindən qaçdığını bildirib. Polis əməkdaşları həmin qızı ailəsinə təhvil verib. Araşdırmalar davam etdirilir”.

Xəbər 3920 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +