Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


13.11.2018  10:25 

200-dən çox şəxsə mal və materiallar verilib





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın bölgələrində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi prosesi davam etdirilir.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, son iki gündə müxtəlif rayon və şəhərlərdə daha 200-dən çox şəxs özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin edilib. Onlar əsasən kənd təsərrüfatı sahələri üzrə kiçik ailə təsərrüfatlarını qurublar.

Aztəminatlı ailələrin özünüməşğulluq proqramının imkanlarından faydalanmaqla fərdi təsərrüfatlar qurması onların dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına imkan verib. Bu, eyni zamanda, ölkədə qeyri-neft sektorunun inkişafına, məhsul istehsalının artımına da əlavə dəstəkdir.

Ümumilikdə cari ildə özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində artıq 1100-dək kiçik ailə təsərrüfatı yaradılıb.

Xəbər 2965 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +