Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


12.11.2018  18:06 

Milli Məclisin deputatları təltif olundu





A+  A-

Milli Məclisdə bir sıra deputatına “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
XəzərNews.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Milli Məclisin deputatlarının ordu quruculuğu sahəsindəki fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilir. Deputatlar həmin tədbirlərdə də fəal iştirak edirlər.

Tədbirin sonunda “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı haqqında Əsasnaməyə müvafiq olaraq Milli Məclis sədrinin müavinləri Bahar Muradovaya və Valeh Ələsgərova, parlamentin komitə sədrləri Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov və Səməd Seyidova, deputatlar Aydın Mirzəzadə, Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Fərəc Quliyev, Hikmət Məmmədov, Elman Məmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov və Hacı Salayevə respublikanın müdafiə naziri Zakir Həsənovun əmri əsasında Milli Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı təsis olunmuş yubiley medalı təqdim olunub.

Xəbər 3132 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +