Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


09.03.2018  09:05 

Xaricdə təhsil alanlara maliyyə yardımı ediləcək





A+  A-

Xaricdə təhsil alanlara maliyyə yardımının göstərilməsi prosesinə daha bir qurum qoşulur.
XəzərNews.az Xezer TV-yə istinadən bildirir ki, bundan sonra Azərbaycan Respublikasının Gənclər Fondu da publik hüquqi şəxs kimi bu prosesdə iştirak edəcək. Bu qurum Prezident yanında Gənclər Fondunun əsasında yaradılıb və onun vəzifələrindən biri ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir.

Tələbələr universitetə qəbul olduqdan sonra Fonda müraciət edəcək və standartlara cavab verdikləri təqdirdə onlara vəsait ayrılacaq.

Fond tərəfindən ölkə daxilində və xaricdə təhsil alan tələbələrin yataqxana ödənişləri də həyata keçiriləcək. Hətta Fonda yataqxanalar inşa etmək səlahiyyəti də veriləcək.

Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanıb və bu Proqram çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təşkil edilib.

Xəbər 2942 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +