Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


08.02.2018  15:09 

Deputatın anası onu məhkəməyə verib?





A+  A-

99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyevanın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında bəzi iddialar səsləndirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, B.Əliyeva “Azpolitika” saytına açıqlamasında bildirib ki, qızı Sona Əliyeva həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını ələ keçirib.

Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət öncə vəfat edib. Əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət edib.

Bəşirə Əliyeva



İddiaya görə, deputat “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyərək bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edərək evindən qovub.

Sona Əliyeva “Qafqazinfo”ya açıqlamasında hazırda xaricdə olduğunu deyib: “Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək”.

Deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev açıqlamasında artıq problemin həll edildiyini deyib: “Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.

Xəbər 3320 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +