Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


22.11.2017  13:11 

DİQQƏT - Bakıya yağış, qar gəlir





A+  A-

"Yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az verilən məlumata görə, bu gündən ölkə ərazisində havanın tempraturunun dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir:

"Artıq paytaxtda hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir. Yaxın iki-üç gün ərzində də paytaxtda hava şəraiti qeyri-sabit olacaq, arabir yağış yağacaq. Havanın tempraturu ötən günlərlə müqayisədə 5-8 dərəcəyə qədər aşağı enəcək.

Bölgələrdə də hava şəraitinin dəyişməsi müşahidə olunur. Bəzi rayonlarda şimal-qərb küləyi əsir. Yağışlı hava şəraiti növbəti günlərdə də müşahidə oluanacaq. Bəzi yerlərdə yağışın leysan xarakterli olması ehtimal olunur. Dağlıq və dağətəyi rayonlarda yağışın sulu qar və qara keçməsi istisna olunmur. Bölgələrdə havanın tempraturu ötən günlərlə müqayisədə yaxın 2 gündə tədricən aşağı enəcək. Bu cür hava şəraiti noyabrın 24-ü gündüz saatlarına kimi davam edəcək”.

Xəbər 3337 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +