Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


17.05.2017  15:46 

26 tibb bacısının diplomu saxta çıxdı





A+  A-

Səhiyyə Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 26 saxta diplom aşkarlanılıb.
XəzərNews.az xəbər verir ki, bunu Lent.az-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. E.Əzizov bildirib ki, diplomu saxta çıxmış 26 şəxsin hamısı orta tibb işçisidir: “Ümumiyyətlə, araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərəm ki, orta tibb işçiləri, yəni tibb bacıları sənədlərini daha çox saxtalaşdırmağa meyilli olurlar. İndiyə qədər diplomu saxta çıxan tibb işçilərinin 99%-ni orta tibb işçiləri təşkil edib”.

Qurum rəsmisi əlavə edib ki, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib: “ Bu tibb işçilərinin bəziləri artıq işləyir, yəqin ki, işlərinə xitam veriləcək. Bəziləri isə işlə bağlı müraciət edəndə diplomunun saxta yolla əldə edildiyi müəyyən olunub”.

Xəbər 3084 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +