Qaradağda palçıq vulkanı püskürüb
Sabiq MTN generalı Nizami Şirinov azadlığa çıxıb
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib
Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov


28.07.2025  13:02 

“Sabah” qapıçısından 53 min manat təzminat istəyir





A+  A-

“Sabah” komandadan ayrılan qapıçısı Yusif İmanovdan 53 min manat tələb edib.

XəzərNews.az xəbər verir ki, bu barədə futbolçunun vəkili Elcan Həsənli Sportal.az saytına məlumat verib:

“Sabah” Yusif İmanovdan 53 min manat kompensasiya tələb edib. Bu, futbolçunun qarşıdakı mövsüm “Sabah”dan almalı olduğu maaşın məbləği qədərindədir. Biz də qarşı tərəf olaraq, onlardan eyni məbləği ödəməsini tələb edirik. Yəni, hər iki tərəfin tələbləri var. Belə görünür ki, proses hələ davam edəcək və bu müddətdə Yusifin başqa klubla anlaşmasına heç bir əngəl yoxdur”.

Qeyd edək ki, məsələyə ilkin mərhələdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılacaq. Daha sonra AFFA Arbitraj Tribunalına müraciət oluna bilər. Əgər qərar tərəfləri qane etməsə, son instansiya CAS (İdman Arbitraj Məhkəməsi) olacaq.

Xəbər 1513 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +