Bu universitetə 39 milyon vəsait ayrılacaq
Pezeşkian Azərbaycan dilində şeir oxudu -VİDEO
“BakuBus”dan dünənki video ilə bağlı - Açıqlama
Tanınmış aktrisa vəfat etdi -FOTO
Jurnalist bu ölkədə saxlanıldı -FOTO
Jurnalistlərin maşını dronla vuruldu: 2 ölü -FOTO
Tramp Qəzzaya səfər edəcək
Marşurutlarda gediş haqqı artırılacaq - AÇIQLAMA
Benzinin qiymətində bahalaşma olacaq?
Azərbaycanda pensiyanın məbləği dəyişməyəcək


17.09.2022  20:19 

Hərbi Prokurorluq sosial şəbəkələrdəki görüntülərlə bağlı...





A+  A-

Hərbi Prokurorluq Ermənistanın sərhəddəki təxribatı zamanı sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırmalara başlayıb.

XəzərNews.az xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması ilə əlaqədar Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəruri tədbirlər görülməklə həmin qanunsuz əməllərin qarşısı qətiyyətlə alınıb.

“Həmin ərəfədə bəzi sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinin meyitlərinə qarşı qanunsuz əməllərə yol verilməsi, habelə saxlanılmış təxribatçılara qarşı qeyri-insani rəftar göstərilməsinin iddia olunduğu görüntülər paylaşılıb. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır”, - məlumatda qeyd olunub.

Xəbər 2557 dəfə oxunub.




23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?


BÜTÜN XƏBƏRLƏR +