Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


15.09.2022  11:10 

Almaniyadakı səfirliyimiz nə qədər pul mənimsəyib?





A+  A-

Maliyyə Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinə mənimsəmələrlə bağlı material təqdim edib; vəkil və ekspertdən fərqli rəy - səfir həbs oluna bilərmi...

2022-ci ilin birinci yarısında Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılan yoxlamalarla ümumilikdə 99.910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunub.

Nazirlikdən bildirilib ki, həmin məbləğin 33.502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib. “Yeni Müsavat” bildirir ki, məlumatda maraqlı bir məqam var: “Eyni zamanda Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib. Aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib”.

Almaniyadakı səfirliyimizdə araşdırmalar nə ilə nəticələnə bilər? Səfirlikdə pul mənimsənilməsi faktı səfirdən xəbərsiz həyata keçirilə bilərmi? Bu araşdırmaların sonunda səfir cəzalandırılmalıdırmı, yoxsa maliyyə işlərinə məsul olan adamların məsuliyyətidir? Bir keçmiş səfirdən bu suallara cavab almaq. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevdir. O, avqustun 19-da bu vəzifəyə təyin olunub. Yəni təxminən bir aydır ki, bu postu tutmaqdadır. Ona qədər isə Ramin Həsənov 6 il Almaniyada səfirimiz olub, hazırda Cənubi Koreyada səfir fəaliyyətini davam etdirir. Belə görünür ki, mənimsəmələr də onun dövrünə aiddir. Çünki Maliyyə Nazirliyi 2014-cü ildən 01 oktyabr 2021-ci ilə kimi mənimsəmələri nəzərdə tutur.

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, qanunvericiliyə görə maliyyə pozuntuları prokurorluq orqanlarında cinayət işi açılmaqla araşdırılmalıdır: “Amma Maliyyə Nazirliyinin xüsusi xidmət orqanlarına müraciət etməsi belə düşünməyə əsas verir ki, səfirlikdə tək maliyyə məsələsi deyil. Ona görə istintaqın gedişində digər nüanslar ortaya çıxa bilər. Amma Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsi istintaq aparmalıdır, sübut olunarsa, səfirlik əməkdaşları həbs olunmalıdırlar”.

Vəkil Əsabəli Mustafayev qeyd etdi ki, ilk növbədə fakta görə cinayət işi açılır: “Güman edirəm ki, 179-cu maddə, yəni mənimsəmə və ola bilsin vəzifədən sui-istifadə maddələri irəli sürülsün. Sonra kimin günahı olduğu təsbit ediləcək. Bəlkə də maliyyə işlərinə baxan şəxs barəsində cinayət işi açılsın, ola bilər sənədləri saxtalaşdırıb. Belə hallar olur, səfir məsələdən xəbərsiz qalır. Əgər müəyyən edilsə ki, səfirlə mühasib birgə yeyintiyə yol veriblər, o zaman ikisinə də cinayət işi açıla bilər. Hər halda, buna indi fikir bildirmək çətindir. Adətən maliyyə şişirtmələri olur. Yəqin ki, mərkəzi aparatda da maliyyə yoxlamaları aparılacaq, hesabatlar yoxlanılacaq, ondan sonra qiymət vermək olar. Maliyyə Nazirliyinin DTX-ya müraciət etməsinə gəlincə, bəlkə də hansısa maliyyə məsələləri dövlət sirri təşkil edə bilər. Odur ki, işin gedişini gözləmək lazımdır”.

Xəbər 2920 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +