Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


27.10.2021  10:24 

Bütün dəhşətlərinə baxmayaraq müharibə bizə lazım idi





A+  A-

Qəribədir, Zəfər Günü yaxınlaşdıqca insan xatirələrini daha çox bölüşmək istəyir. Lakin bu gün xatirələrim kədərli notlarda olacaq. Toparlandıqca digər xatirələri də yazmağa çalışacam.

Müharibədə xidmət etdiyim briqada ən ağır döyüş əməliyyatlarında iştirak etmiş, ən çox şəhid vermiş briqadalardan biriydi. O cümlədən taborumuz da çox ağır itkilər vermişdi. Tabor komandirimiz, mayor Elbrus Bayramov döyüşlərin ilk günlərində şəhid olmuşdu. Rəhmətliyi şəxsən tanımırdım. Şəxsən görüb-tanıdığım tabor komandirlərimiz barədə isə sonra söz açacam.

Taborumuzun necə ağır itkilər verdiyi barədə təsəvvür yaratmaq üçün bir haşiyə çıxmağa ehtiyac var.

Müharibə dövründə telefonla danışmaq imkanımız çox məhdud idi. Noyabrın 2-də evlə və bəzi dostlarla qısamüddətli danışa bilmişdim. Sonrakı günlərdə, düz 10 noyabradək heç bir əlaqə imkanımız olmadı. Təsəvvür edin ki, yaxın bir qohumumuz Füzulidəymiş, hospitalda məni axtarıb ki, bəlkə xəbər bilən ola. Deyir, soraqlaşan zaman sizin taborun adını çəkdim ki, bəlkə səni tanıyan ola, yaralılardan biri dedi ki, ay rəhmətliyin oğlu, məgər o tabordan sağ qalan var ki adam axtarırsan? Qohumum danışır ki, həmin an dünya başıma fırlandı, ağlıma min fikir gəldi, gözlərimə qaranlıq çökdü.

Bölüyümüz hələ məndən öncə şəhidlər vermiş, onlarla əsgər və zabitimiz yaralanmışdı. Döyüş yoldaşlarım 22 yaşlı leytenant Hafiz Qasımovun Füzulidə snayper tərəfindən vurulmasından elə ağrıyla danışırdılar ki...



Şuşa ətrafında döyüşlər də çox ağır oldu, 6 şəhid verdik. Rəhmətliklər Taleh, Xəyal, Vüsal, Ramiz, Qalib və Qalasının nurlu çöhrələrini heç unuda bilmirəm. Allah onlara rəhmət eləsin, nur içində yatsınlar!

Şuşa uğrunda döyüşlərdə, Daşaltı ətrafında təkcə bölüyümüzdən 20-dək əsgər, MAXE, gizir və zabitimiz yaralandı. Onlar bu gün də müharibənin acısını yaşayırlar...
Bütün bunları nəyə görə deyirəm? Bir daha xatırlatmaq istəyirəm ki, müharibə çox ağır, qəm-kədərli, dərd mənbəyi olan prosesdir. Müharibə hər bir iştirakçının psixologiyasına zərbə vurub, yaddaşlarda ağır zədələr qoyub. İnanın ki, bu sətirləri yazmağın özü dəhşətli dərəcədə ağırdır. Hər cümlə içimi ağrıdır.

Lakin bu müharibə, bütün dəhşətlərinə baxmayaraq, bizə lazım idi, vacib idi.
Çünki məhz bu müharibə böyük Zəfərin səbəbidir. O Zəfərin ki, bizi bizə qaytardı. O Zəfərin ki, biz onun növbəti qürurunu bu gün - Füzulidə Beynəlxalq Hava Limanını, Zəngəzur dəhlizinin açılması üçün addımları seyr edərkən yaşayırıq. Və bu gün o Zəfərin nəticələrinin təminatı belə soyuq havada da başını dik tutaraq xidmət edən igid oğullarımızdır.

Bu Zəfər yolunun bütün şəhid övladlarına Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfa, bütün digər iştirakçı silahdaşlarımıza cansağlığı diləyirəm...

Araz Ağayev

Xəbər 4469 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +