Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


04.04.2024  11:17 

“Diaspor kitabxanası yaradılsın” - Millət vəkili





A+  A-

“Xaricdə yaşayan Azərbaycan əsilli alimlərin əsərlərinin universitetlərimizdə tədris olunması müsbət haldır”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.tv-yə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

Deputat əlavə edib ki, əgər xaricdə yaşayan azərbaycanlı alimlərin əsərləri çap olunmağa layiqdirsə, universitetlərimizdə tədrisi oluna bilər:

“Məsələn, Lütfizadə, o cümlədən Rusiyada və başqa ölkələrdə fəaliyyət göstərən alimlərimiz haqqında Azərbaycan cəmiyyəti, gəncləri məlumat almalıdırlar”.

S.Rüstəmxanlı vurğulayıb ki, Türkiyədə, Rusiyada, ümumiyyətlə, xaricdə yaşayan yazıçılarımızın, şairlərimizin əsərləri Yazıçılar Birliyində dəfələrlə təqdim olunub:

“Onlarla dəfələrlə görüşlər keçirilib, yubileyləri qeyd olunub. Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlı yazıçıların müxtəlif dillərdə çap olunan, eləcə də xaricdə Azərbaycan haqqında yazılan kitablar və s. hamsının ümumi bir kitabxanaya toplanması çox yaxşı olardı. Çox istəyərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsi yanında Diaspor kitabxanası yaradılsın və orada müxtəlif əsərlər bir yerə yığılsın”.

Millət vəkili əlavə edib ki, imkanlı diaspor təşkilatlarının səyi ilə qısametrajlı və tammetrajlı filmlər çəkilə bilər:

“Həmçinin bununla yanaşı sənədlı filmlərin də çəkilməsi arzuolunandır. Bu, o sahədə mütəxəssislərin olmasına bağlıdır. Xaricdəki müəyyən televiziyalardan görünür ki, bu sahə üzrə peşəkarlar yetişir. Gələcəkdə belə filmlər çəkiləcək və çəkilməlidir”.

VHP sədri bildirib ki, diaspor rəhbərləri hər sahədə olduğu kimi film sahəsində də fəal olmalıdırlar:

“Biz “Cavadxan” filminin Amerikada, Macarıstanda, Moskvada, Türkiyədə və bir sıra ölkələrdə təqdimatını həyata keçirtdik. Yəni, diaspor təşkilatlarının rəhbərləri də bu kimi addımlar ataraq, aktiv fəaliyyət göstərməlidirlər. Dünyaya Azərbaycan filmlərini tanıtmaq üçün bu istiqamətdə ciddi addım atmalıdırlar”.

S.Rüstəmxanlı qeyd edib ki, xarici ölkələrdə Azərabaycan dilində fəaliyyət göstərən məktəblərin sayının artırılması üçün bir sıra addımlar atılmalıdır:

“Dövlət Diaspora Komitəsinin xətti ilə xaricdə Azərbaycan dilli məktəblər aça bilər. Xaricdə formalaşan diasporanın, ictimai fəalların bir yerə yığışıb Azərbaycan dilində məktəb açmaqları arzuolunandır. Yaxud da, ölkədən kənarda yaşayan iş adamları, zəngin insanlar bu işi öz öhdələrinə götürə bilərlər”.


Xəyalə Zöhrab
Diaspora.tv


Xəbər 3330 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +