Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


01.04.2024  11:10 

NİİM sürücülərə müracət edib





A+  A-

Səbirsizlik edib svetoforun son saniyələrini gözləmirlər, yolun ortasında qalıb digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar.

Xəzərnews.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, paytaxtın əksər küçə və prospektlərində bəzi sürücülərin bir neçə saniyə irəli düşmək istəyi, əsasən də mərkəzi küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur: “Sürücülər svetoforun yaşıl işığının bitməsinə 1-2 saniyə qalmış hərəkət edərək kəsişmələrin ortasında, “sarı tor”un üzərində dayanıb sıxlıq yaradırlar. Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır.

Müşahidə kameralarının görüntüləri əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hərəkətin intensivliyini artırmaq və sıxlığın qarşısını almaq üçün yol polisi ilə birgə mütəmadi tədbirlər görülür. Belə sürücülərə müraciət edərək bildiririk ki, yollarda sıxlığın yaranmaması bir çox hallarda hər birimizdən asılıdır.

Müşahidələr göstərir ki, svetoforun son saniyələrini gözləməyib “irəli düşüm prinsipi ilə” kəsişməyə daxil olan sürücülər özləri də vaxt itkisi ilə qarşılaşırlar. Belə qayda pozan sürücülərin nəzərinə çatdırırıq ki, “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə və üç cərimə balı nəzərdə tutulub”.

Xəbər 3257 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +