Rusiyaya casusluq edənlər saxlanıldı
“Apple” “iPhone 19”u satışa çıxarmayacaq -Səbəb açıqlandı
Bu rayonlarda qaz olmayacaq
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
Bu universitetə 39 milyon vəsait ayrılacaq
Pezeşkian Azərbaycan dilində şeir oxudu -VİDEO
“BakuBus”dan dünənki video ilə bağlı - Açıqlama
Tanınmış aktrisa vəfat etdi -FOTO
Jurnalist bu ölkədə saxlanıldı -FOTO
Jurnalistlərin maşını dronla vuruldu: 2 ölü -FOTO


29.02.2024  12:41 

Bu Xidmətin əməkdaşları barədə iş prokurorluğa göndərilib





A+  A-

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.

Xəzərnews.az xəbər verir ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün Xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib.

Qeyd edək ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Xəbər 2537 dəfə oxunub.




23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq

23.10.2025  16:37 

Tramp Qəzzaya səfər edəcək

23.10.2025  12:15 

Zelenski: Bunu çoxdan gözləyirdik

23.10.2025  11:42 

Çin Putinə xəbərdarlıq edib?


BÜTÜN XƏBƏRLƏR +