Neft oliqarxı Adnan Əhmədzadə həbs olundu
Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı


06.07.2023  11:58 

Əmrullayev: “Məktəblərdə metodist yoxdur”





A+  A-

“Bizim iki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq”.

XəzərNews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”.

Nazir hesab edir ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər: “Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır”.

E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi”.

Nazir bildirib ki, Azərbaycan dili və ədəbiyyat üzrə sertifikasiya imtahanında iştirak edən müəllimlərin 8 faizi 0-29 bal toplayıb, bu, 674 nəfər deməkdir.

"30-50 bal toplayanlar 62 faiz, 30 faizi isə 51 bal həddini keçib", - deyə nazir qeyd edib.

E.Əmrullayev qeyd edib ki, məktəblərdə metodist yoxdur, 51 bal həddini keçən müəllimlər bizim üçün həm də gələcək metodistlərdir:

"Müəllimlərin, məsələn, 49 bal toplayanla 30 bal toplayanı arasında elə də böyük fərq qoyulmamağının səbəbi odur ki, sertifikasiyadan keçən müəllimlər iki qrupa bölünür: sadəcə keçən və yüksək nəticə toplayan. 30 bal toplayan da keçmiş sayılır, 49 bal toplayan da. 51 həddini keçən isə yüksək nəticə toplayan kateqoriyasına aiddir. Yüksək bal toplayan müəllimlər gələcəkdə metodist ola bilərlər. Hazırda məktəblərdə metodist sahəsi üzrə çatışmazlıqlar var. Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Hazırda məsələ ilə əlaqədar işlər aparılır”.

Xəbər 2811 dəfə oxunub.




19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +