Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


07.09.2017  11:54 

Lütfi Zadənin cənazəsi Azərbaycana gətiriləcək





A+  A-

Bu gün səhər saatlarında Amerikada dünyasını dəyişən dünya şöhrətli alim Lütfi Zadənin cənazəsi Azərbaycana gətiriləcək.
Bu barədə AzVision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova bildirib.

"Təxminən bir həftə ərzində sənədləşmə işləri aparılacaq. 10 gündən sonra onun cənazəsi Azərbaycana gətirəcəyik. Son nəfəsinə qədər Lütfi Zadənin yanında olmuşam. Oğlu Norman atası dünyasını dəyişəndə onun yanında deyildi.

Lütfi Zadə son nəfəsində məndən xahiş etdi ki, onun işlərinə həsr olunmuş "Softcommuting” üzrə Ümumdünya konfransını iki ildən bir təşkil edim. Sonra dedi ki, mənim bir layihəmi bitir və məqalə şəkilində dərc etdir. Bundan başqa elmi məqalələrinin Azərbaycanda tətbiq olunması ilə bağlı işlər görməyimi tapşırdı. Mən də ona söz verdim. Xahiş etdi ki, onu müsəlman qaydası ilə dəfn edək.

Beşinci gün Berkli Universitetində Lütfi Zadənin xatirəsi yad ediləcək. On gündən sonra isə onun nəşini Azərbaycana gətirəcəyik".

Qeyd edək ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

Xəbər 3096 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +