Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış
6 dil bilir, Bakıda küçədə yaşayır...


28.02.2023  15:03 

Onlar Ermənistanı niyə müdafiə edir?.. - Deputat arxiv sənədlərini yaydı





A+  A-

Bəzi dövlətlər bu gün də Ermənistanı müdafiə edirlər. Onların hakim dairələri bilmirlər, bəlkə də bilirlər ki, xarici ölkələrdəki bir sıra erməni mətbuatı və təşkilatları XX əsrin 20-80-ci illərində daim SSRİ xarici kəşfiyyat orqanlarının nəzarəti altında olublar. Çoxlu arxiv sənədlərini sübut olaraq gətirmək olar.

80-ci illərin ortalarında da onlara xüsusi qərarlarla SSRİ dövlət büdcəsindən vəsaitlər ayrılıb. Bir neçə ən mötəbər arxiv sənədini geniş təhlil etmədən diqqətinizə çatdırıram.

Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Sov.İKP MK-ya 1986-cı il iyunun 25-də 14-1240/ss saylı “Tamamilə məxfi. Xüsusi qovluq” qrifli məktubunda “xarici ölkələrdəki daşnakların erməni icması arasında fəaliyyətini məhdudlaşdırmağın zərurliyini" əsas gətirərək "mütərəqqi", kommunistlərin nəzarəti altında nəşr edilən” Livandakı “Kanç”, Fransadakı “Aşxar”, ABŞ-dakı “Lraber” qəzetlərinin hər birinə ildə 20 min, Argentinadakı “Sevan” qəzetinə isə 10 min ABŞ dolları maliyyə yardımı ayırmağı xahiş edib. MK Katibliyi bu məktubu rəy bildirməkdən ötrü SSRİ DTK-nın sədri V.Çebrikova və MK katibi A.Yakovlevə göndərib.

Onlar məsələni SSRİ maliyyə naziri ilə razılaşdıraraq 1986-cı il 7 avqust tarixdə “Tamamilə məxfi. Xüsusi qovluq” qrifi ilə MK-ya göndəriblər. Sov. İKP MK katibliyi 1986-cı il 14 avqust tarixli ST-19/17 qs (dövlət sirri) nömrəli “Tamamilə məxfi. Xüsusi qovluq” qrifi altında müvafiq qərar qəbul edib.

Maliyyə Naziriliyi həmin vəsaiti SSRİ DTK-na verib.

Heç şübhəsiz, günümüzdə də bu ölkələrin hər biri ermənilərdən alət kimi istifadə edirlər, topa çevrilən onlar isə özlərinə xas olan xarakterləri ilə Qərb ölkələrində Rusiya, Rusiyada isə Qərb ölkələri əleyhinə fəaliyyət göstərirlər.

Bu sənədlər bir daha göstərir ki, 44 günlük müharibədə cənab Prezident İlham Əliyevin komandanlığı altında millətimiz və dövlətimiz təkcə Ermənistan, dünya ermənliyi deyil, onları himayə edən dövlətlər üzərində də qələbə qazanıb, 200 illik erməni strategiyasını, havadarlarını darmadağın edib. Üzərimizə olan total hücumlar bununla bağlıdır.

Musa Qasımlı
Tarixçi, millət vəkili












Xəbər 2437 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı

30.07.2025  10:16 

Şamaxıda şərab zavodunda YANĞIN

30.07.2025  10:11 

Gəlin qayınananı ÖLDÜRDÜ

29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu


BÜTÜN XƏBƏRLƏR +