Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış
6 dil bilir, Bakıda küçədə yaşayır...


02.07.2018  11:54 

İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb





A+  A-

Azərbaycan İlahiyyat İnstitutuna qəbul qaydaları açıqlanıb.
XəzərNews.az bildirir ki, İnstitutdan "Report"a verilən məlumata görə, 2018-2019-cu tədris ili üçün ilk dəfə tələbə qəbulu həyata keçiriləcək.

İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə aparılacaq.

İlk tədris ili üçün ödənişsiz əsaslarla islamşünaslıq ixtisası üzrə 35, dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla cəmi 60 nəfər abituriyentin qəbulu nəzərdə tutulub. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisasları üzrə minimum keçid balı 200 bal müəyyən edilib. Dinşünaslıq ixtisası üzrə məzun olanların işlə təmin olunması üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və ölkədəki elmi-pedaqoji müəssisələrin, İslamşünaslıq ixtisası üzrə məzun olanların isə Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi nəzərdə tutulub.

Yüksək ixtisaslı islamşünas mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulan İslamşünaslıq ixtisası üzrə təhsil almaq istəyən abituriyentlərin test imtahanı ilə yanaşı, dünyagörüşü səviyyəsinin və bu sahəyə maraqlarının müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış Psixoloji Komissiyada müsahibədən keçəcəkləri bildirilib. Dövlət İmtahan Mərkəzinin yaratdığı Dini-Psixoloji Komissiyanın tərkibinə ekspertlər, psixoloqlar və İnstitutun əməkdaşları daxil edilib. Müsahibədə abituriyentlərin psixoloji vəziyyətləri və yaradıcı təfəkkür imkanlarının xüsusi psixoloji metodika yolu ilə yoxlanılması nəzərdə tutulub. Müsahibə zamanı habelə abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, “İslamşünaslıq” ixtisasına uyğunluqları, xüsusilə gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, eləcə də tolerantlıq və multikulturalizm barədə bilikləri qiymətləndiriləcəkdir.

Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat 29-31 iyulda, boş qalan yerlərə qeydiyyat isə 15, 16 avqust tarixlərində aparılacaq. İlk imtahan 1-6 avqust, boş qalan yerlərə imtahan isə 17-20 avqustda saat 09:00-dan başlayaraq Bakı şəhəri Əhməd Cəmil 41a ünvanında - Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək. Peşəkar və təcrübəli mütəxəssislərin cəlb olunduğu Azərbaycan İlahiyyat İnstitutunda tədris prosesi ilahiyyat təhsilin müasir standartları səviyyəsində təşkil olunacaqdır.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu 2-6 iyul tarixləri arasında abituriyentlər və valideynlər üçün açıq qapı günləri elan edib.

Xəbər 2963 dəfə oxunub.



30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı

30.07.2025  10:16 

Şamaxıda şərab zavodunda YANĞIN

30.07.2025  10:11 

Gəlin qayınananı ÖLDÜRDÜ

29.07.2025  18:24 

İlkin siyahı müəyyən olundu


BÜTÜN XƏBƏRLƏR +