Səbaildə asfalt çökdü, qadın xəsarət aldı
DTX imtahan şəbəkəsini ifşa etdi
Söndürülməmiş siqaret yanğına səbəb oldu
Rusiyanın hücumu nəticəsində azərbaycanlı iş adamı biznesini itirdi
Uşağı xilas edərkən özü də boğuldu
Həmkarlar İttifaqının “onlayn fırıldağı“: Görün insanları necə aldadırlar
Ağstafada daha bir FACİƏ
Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ
Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq


10.02.2025  12:10 

Cəlilabadda şəhid qardaşını illərdir kimlər və niyə süründürür?





A+  A-

“Ailəmiz 4 nəfərdən ibarətdir. Mən, yoldaşım və iki övladım. Hazırda evimizdə heç kim işləmir. Ailəmi dolandıra bilmirəm”.

XəzərNews.az xəbər verir ki, bu sözləri şəhid qardaşı Mirzəyev Əfqan Əlsahib oğlu Publika.az-a ünvanladığı məktubda bildirib. O, ailəsini dolandırmaq üçün işə ehtiyacı olduğunu qeyd edib:

“Mən Cəlilabad rayon Uzuntəpə kəndində yaşayıram. Qardaşım Mirzəyev Üzeyir Əlsahib oğlu 1997-ci ildə Qarabağ döyüşlərində şəhid olub. Bir qardaşım da Qarabağ qazisidir. Şəhid qardaşı kimi yazıb sizdən xahiş edirəm ki, müraciətimi ictimailəşdirəsiniz. Çünki lazımı qurumlar mənim müraciətimə məhəl qoymur. Neçə vaxtdır rayon məşğulluq idarəsinə mühafizə işi ilə bağlı müraciət etmişəm. Hələ bir xəbər yoxdur. Məşğulluq idarəsinə yoldaşımın da adını yazdırmışam. İki uşağımız var. Uşaqlar azyaşlı olmadığı üçün bizə sosial yardım da düşmür. 2019-cu ildə bizə məşğulluqdan iki baş inək verilmişdi. Onlar da xəstə idi. Baytar gətirdim, 300 manat xərc çəkdim, nəticədə inəklərin biri öldü, birini də dəyər-dəyməzinə satdım".

O gündən bu yana heç bir işlə təmin olunmadığını bildirən Ə.Mirzəyev ailəsini dolandırmaq üçün hər işə razı olduğunu deyib:

"Dəfələrlə rəsmi müraciət etmişəm. Hətta icra başçısı Rafiq Cəlilovun da qəbulunda olmuşam. Hər dəfə bildirirlər ki, vakansiya olanda çağıracaqlar. Neçə ildir gözləyirəm. Nə iş olursa görərəm, təki uşaqlarım ac qalmasın”.

Vətəndaşın müraciətini nəzərə alaraq, Cəlilabad rayon Məşğulluq İdarəsinin və İcra Hakimiyyətinin saytında qeyd olunan nömrələrə zəng vurduq. Gün ərzində dəfələrlə zəng etməyimizə baxmayaraq dəstəyi qaldıran olmadı.

Nəhayət, neçə gün axtarışdan sonra rayonun icra hakimiyyətindən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçi Əsgərov Varid Rəşid oğlu adlı şəxsin nömrəsini əldə etdik. Lakin Varid bəylə danışmağa çalışsaq da, buna nail ola bilmədik. O, məsələyə münasibət bildirmək əvəzinə bizi nömrəni qanunsuz əldə etməklə suçladı. Və “Mənim nömrəmi sizə kim verib, necə əldə etmisiniz?”, - deyə suallar verdi.

Daha sonra “Müraciətinizi rəsmi qaydada göndərin”, -deyib telefonu üzümüzə qapatdı.

Xəbər 4774 dəfə oxunub.




29.07.2025  10:40 

Ağstafada daha bir FACİƏ

29.07.2025  10:25 

Bu məmurun evi YANDI


BÜTÜN XƏBƏRLƏR +