Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


12.09.2017  14:32 

62 uşaq itkin düşüb, 29 uşaq girov götürülüb





A+  A-

Bu gün Ağdam rayonunda keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov çıxış edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, İ.Axundov çıxış edərək deyib ki, işçi Qrup son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır: "Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklər olması mümkündür. Dövlət Komissiyasında 1 sentyabr 2017-ci il tarixə olan məlumata görə, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126 nəfəri hərbçilər, 742 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocalardır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfərin intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib.

Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub. Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar və bəşəri dəyərlər pozulub".



Xəbər 3071 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +