“Bolmart”da əməliyyat: Rəsmi açıqlama yoxdur
Ramiz Mehdiyevin gizli məktubu üzə çıxıb - Foto/Fakt
Monteneqroda azərbaycanlı və türklər saxlanıldı
General Saleh Səmədova medal veribmiş - FOTO
Gömrük polkovniki küçədə adam döydü - Video
Paytaxtda 15500 manat oğurlayan şəxs saxlanılıb
Tramp inanır ki... - Rusiya - Ukraynada müharibəsinə son qoya bilər
Orxan Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
“Yelo Bank”a neçə dəfə maliyyə sanksiyaları tədbiq edilib?
YAP-ın deputatı Əli Kərimli haqda məqaləni bəyəndi - FOTO


27.10.2020  10:46 

Ermənistanın döyüşə uşaqları cəlb etməsi ilə bağlı XİN-dən açıqlama





A+  A-

“Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində uşaqlardan əsgər kimi istifadə etdiyini nümayiş etdirən videolar geniş yayılıb. Təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və bunun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Ancaq göründüyü kimi, Ermənistan nəinki azərbaycanlı uşaqların hüquqlarını pozmağa davam edir, hətta erməni uşaqların da hüquqlarını pozmaqdan çəkinmir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

“Ermənistan hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə, mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və “Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır” deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini pozur.

Ermənistan bu cür hərəkətləri ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarını kobud şəkildə pozur.

Uşaqları döyüşçü kimi istifadə edərək Ermənistan, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edir, çünki uşaqlar döyüşçülər kimi hərbi hədəf ola bilərlər.

Özünü təhlükəsiz məktəblər haqqında bəyannamənin “müdafiəçiləri”ndən biri kimi təqdim edən Ermənistan, məktəb binalarını hərbi məqsədlər üçün istifadə etməkdən belə çəkinmir və bununla da gələcək nəslin qorunmasına hörmətsizliyini bir daha nümayiş etdirir.

Ermənistan tərəfindən beynəlxalq konvensiyalara və beynəlxalq humanitar hüquq öhdəliklərinə açıq şəkildə məhəl qoyulmadan uşaq hüquqlarının pozulmasını qətiyyətlə pisləyirik və müvafiq beynəlxalq təşkilatları bu qanunsuz təcrübəni hərtərəfli araşdırmağa və Ermənistan tərəfindən uşaq hüquqlarının pozulmasının dayandırılması üçün lazımi tədbirləri görməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Xəbər 3679 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq

27.10.2025  12:25 

Azər Maqsudova hökm oxunub -FOTO

27.10.2025  12:24 

Türkiyədə zəlzələ oldu

27.10.2025  10:15 

“Report“ 11 yaşında

27.10.2025  00:41 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +