Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


20.10.2020  10:58 

Virusa yoluxma statistikasında dalğalanma bu səbəbdən baş verir





A+  A-

“Azərbaycanda son günlər koronavirusla bağlı yoluxma statistikasında dalğavari dəyişmə ondan xəbər verir ki, virus hələ də aktivdir, patogendir, insanları yoluxdurmaqda davam edir. Ona görə də daha diqqətli olmalıyıq”.
XəzərNews.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva bildirib. O qeyd edib ki, yoluxma faktı həm də insanların klinikaya hansı zaman müraciət etməsindən, analizlərin götürülmə vaxtından asılıdır.

Həkimin sözlərinə görə, əslində ötən gün virusa yeni yoluxma rəqəmi (331 -red.) bizim əhali üçün böyük rəqəm sayıla bilər: “Əgər dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməsəydi, bu rəqəm daha da çox ola bilərdi.

Hazırda təkcə bizim ölkəmizdə deyil, bütün dünyada virusa yoluxma sayında artım müşahidə olunur. Bəzi insanların şüuru çox yüksəkdir, ailələrinə, özlərinə diqqətlidirlər, qoyulan qaydalara əməl edirlər. Qaydalar da çox sadədir: əllərin gigiyenası, maska taxmaq, havada olmaq, sosial məsafə saxlamaq və sair. Təəssüf ki, bəzi insanlar buna əməl etmirlər, bu faktlara inamsız yanaşırlar. Nə qədər qadağalar qoyulsa da, ad günləri, yas mərasimləri keçirirlər, qapalı məkanlarda toplaşırlar. Nəticədə daha çox yoluxma olur”.

G. Əliyeva vurğulayıb ki, bu virusun ən böyük aqressivliyi ondan ibarətdir ki, insan yoluxduğu andan xəstəliyin özünü biruzə verən anınadək də yoluxucu ola bilər.

Xəbər 3540 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +