Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı
Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO


06.02.2019  17:04 

Qurban Yetirmişli: “6 baldan güclü zəlzələ gözlənilmir”





A+  A-

“Bu günlərdə sözügedən ərazidə güclü zəlzələnin olması gözlənilmir”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib. O, bildirib ki, hazırda da hiss olunmayacaq dərəcədə kiçik zəlzələlər baş verir:

“Dünən gecə əvvəlcə 5 bala yaxın, 11 dəqiqə sonra ikinci güclü 6 bal dəyərində təkan baş verib. Gecədən parametrlərin hamısı verilib. Bu gün səhər tezdən vertolyotla hadisə yerində olmuşuq. Bəzi kəndlərdə yerləşən evlərdə çatlar yaranıb, keyfiyyətsiz tikilmiş evlərdə dağıntılar var. İsmayıllı və Ağsu bölgəsində işlər gedəcək.

Bir neçə zəif, 3 bala kimi hiss olunan təkanlar olub. Hiss olunmayan 100-dən çox avtoşoklar baş verib. Bu bölgə ən aktiv seysmoloji bölgədir. Tarixən də burada güclü zəlzələlər baş verib. Tədqiqatlar aparılır, proses getdikcə davam etdiriləcək.

Güclü zəlzələnin, yəni 6 baldan güclü zəlzələnin olma ehtimalı, demək olar ki, yoxdur”.

***

Q. Yetirmişli “Bakıda zəlzələ olsa, təsiri necə ola bilər?" sualını belə cavablandırıb:

“Bakı ərazisi geoloji quruluş cəhətdən çox mürəkkəbdir. Eyni binanın bir hissəsində çatlar ola bilər, bir hissəsində yox. Həmin ərazidə yerləşən hər binaya zəlzələnin təsiri müxtəlif olacaq".

Xəbər 3244 dəfə oxunub.




24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +