Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


20.08.2025  12:18 

“10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır” – “Bloomberg”





A+  A-

“10-a yaxın Avropa ölkəsi genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Ukraynaya qoşun yeritməyə hazırdır”.

XəzərNews.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Onların sözlərinə görə, Avropa rəsmiləri avqustun 19-da sülh sazişi çərçivəsində Britaniya və Fransa qoşunlarının göndərilməsi planını, o cümlədən qoşunların sayı və onların yerləşdiyi yerləri müzakirə ediblər:

“Böyük Britaniya hökuməti bildirib ki, avropalı hərbi rəsmilər etibarlı təhlükəsizlik təminatları hazırlamaq və hərbi əməliyyatların dayandırılması halında təhlükəsizlik qüvvələrini yerləşdirməyə hazırlamaq üçün yaxın günlərdə ABŞ nümayəndələri ilə görüşəcəklər”.

Mənbələr əlavə edib ki, hazırlanmaqda olan dəstək paketinin birinci mərhələsi Ukrayna qoşunlarının təlimi və şəxsi heyətin artırılması yolu ilə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsini nəzərdə tutur. Bunun əsasən Avropa qoşunlarından ibarət çoxmillətli qrup tərəfindən ediləcəyi, Böyük Britaniya və Fransanın isə cəbhə xəttindən uzaqda yerləşəcək yüzlərlə əsgərini Ukraynaya göndərəcəyi gözlənilir. Mənbələrin dediyinə görə, planın başqa bir hissəsi kəşfiyyat məlumatlarının mübadiləsi, sərhəd nəzarəti, silah təchizatı və ehtimal ki, hava hücumundan müdafiə avadanlığı daxil olmaqla ABŞ dəstəyini əhatə edəcək.

Xəbər 825 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +