Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


28.07.2023  11:30 

AXCP üzvü barəsində həbs qətimkan tədbiri seçilib





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

XəzərNews.az xəbər verir ki, bu barədə "Turan"a onun vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, iyulun 27-də Sabunçu Rayon Məhkəməsində istintaq orqanın vəsatətinə baxılıb və E.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil qeyd edib ki, partiya üzvü özünü təqsirli bilmir və öz həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Qeyd edək ki, AXCP üzvü Elxan Əliyev iyulun 26-da polis tərəfindən saxlanılıb. Ona və digər iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Elxan Əliyev vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satmaqda ittiham olunur.

Xəbər 2509 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +