Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


17.12.2021  14:24 

“Qırmızı Xaç“ın həkimləri Saleh Rüstəmovu müayinə ediblər





A+  A-

Dekabrın 17-də vəkili Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmliyə baş çəkib.

XəzərNews.az xəbər verir ki, B.Bayramovun sözlərinə görə, bu gün S.Rüstəmlini həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri müayinə ediblər. Onun sözlərinə görə, S.Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır.

Vəkil əlavə edib ki, S.Rüstəmli çox zəifdir deyə, otaqdan çıxa bilməyib: "Telefonla danışdıq. Müəyyən müalicə alır".

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

O, qanunsuz həbs edildiyini bildirərək, 1 aydan çoxdur aclıq aksiyası keçirirdi. S.Rüstəmli aclığı dünən dayandırıb.

Xəbər 3102 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +