Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.11.2021  21:10 

Prezident bu ölkələrin səfirlərin qəbul etdi - FOTOLAR





A+  A-

Prezident İlham Əliyev bu gün Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul edib.

XəzərNews.az xəbər verir ki, səfir Jaime Van Zeller etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı olduğu və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi, ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub, Azərbaycanın quruma üzv ölkələr və digər Avropa institutları ilə uğurlu əməkdaşlığının olduğu bildirilib. Görüşdə səfir Jaime Van Zellerin fəaliyyəti dövründə münasibətlərimizin çox müsbət şəkildə inkişafının davam edəcəyinə əminlik ifadə olunub.

***


Prezident İlham Əliyev bu gün Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakubu Santuraki Suleymanın etimadnaməsini qəbul edib.

***


Prezident İlham Əliyev bu gün Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul edib.

***


Prezident İlham Əliyev bu gün Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul edib.

Xəbər 4214 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +