XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


04.04.2020  16:39 

Azərbaycanda 194 mindən çox işçiyə evdən çıxmağa icazə verildi





A+  A-

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının aprelin 4-ü saat 09:00-a olan sayı açıqlanıb.
XəzərNews.az xəbər verir ki, qeyd olunan saata qədər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemində 13 734 qurumun 194 796 əməkdaşının icazəsi təsdiqlənib.

Ümumilikdə qurum tərəfindən daxil edilmiş icazə sayı 199 843 təşkil edib. Qurum tərəfindən təsdiqlənmiş maşın sayı isə 73 623 olub.

Qeyd edək ki, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərə aprelin 3-ü saat 10:00-da başlanılıb.

Xatırladaq ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gəlib.

Xəbər 3064 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +