AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


08.11.2017  10:06 

Prezidentlər GÖRÜŞƏCƏK?





A+  A-

Bu ilin oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentləri uzun fasilədən sonra 26-cı dəfə görüşdülər. İsveçrənin Cenevrə şəhərində baş tutan görüşdən sonra verilən açıqlamalar onun pozitiv keçdiyindən xəbər verirdi.
Digər tərəfdən noyabrın ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir deyib ki, bu görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.

Bəs Azərbaycan və Ermənistan prezidentlərinin yenidən görüşmə ehtimalı necədir?

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az-a açıqlamasında bildirib ki, prezidentlərin görüşü ilə bağlı nəsə demək mümkün deyil:

“Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı hələki heç nə demək mümkün deyil. Əvvəlcə xarici işlər nazirləri görüşməli və gündəlik müəyyənləşməlidir. Daha sonra bu barədə danışmaq olar”.

Politoloq Qalib Hüseynli isə düşünür ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq:

“Amma dəqiq zaman söyləmək çətindir. Eyni zamanda Ermənistan tərəfi əvvəlkinə nisbətən daha loyal görünür. Bunu Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının qurultayındakı çıxışları da göstərir. O, güzəştsiz sülh əldə etməyin mümkün olmadığını deyib. Lakin nə qədər əzablı da olsa, Ermənistan Dağlıq Qarabağ məsələsində müəyyən güzəştlərə getmək məcburiyyətində olacaq”.

Xəbər 2710 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +