“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?


14.06.2017  15:18 

“Həmsədrlər regiona səfər etməklə vəzifələrini bitmiş bilməsinlər“





A+  A-

"ATƏT-in Minsk qrupunun regiona səfərindən gözləntimiz ondan ibarətdir ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Vəzifələrinin təkcə regiona səfər etməklə bitmiş bilməsinlər".
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov həmsədrlərin regiona səfəri ilə bağlı deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərir, amma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımi addımlar atılmır:

"Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib.

Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyanat o olmalıdır ki, nəhayət, bu problem öz həllini tapsın. Bu problem həddən artıq çox uzandı.
Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir. Münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin atmasına xidmət edir".

Xəbər 2567 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson


BÜTÜN XƏBƏRLƏR +