AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


11.08.2025  10:35 

Azərbaycan Zəngəzur dəhlizindən nə qədər qazanacaq?





A+  A-

Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan üçün deyil, bir sıra ölkələr üçün də strateji əhəmiyyət daşıyır.

XəzərNews.az “Xəzər TV”yə istinadla xəbər verir ki, 42 kilometrlik bu yol təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, həm də enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verəcək.

Ermənistan ərazisindən çəkiləcək yeni yol regionun enerji və nəqliyyat xəritəsini dəyişəcək, ticarət axınlarını sürətləndirəcək, Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.

İqtisadçı ekspert Elman Sadıqov deyir ki, Ukrayna-Rusiya müharibəsi fonunda formalaşan yeni geosiyasi vəziyyət, nəqliyyat və yükdaşıma şirkətlərini təhlükəsiz marşrutlar üzərində düşünməyə vadar edib.

Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası ölkəmizin ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dəhliz vasitəsilə beynəlxalq yükdaşımalardan əldə etdiyimiz gəlir artacaq. Deputat bildirir ki, bu həmçinin Naxçıvan iqtisadiyyatının inkişafı deməkdir.

Zəngəzur dəhlizində tranzit ölkə qismində çıxış edən Azərbaycan beynəlxalq iqtisadi proseslərin iştirakçısına çevrilərək, dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olunacaq. İki qitə arasındakı ticarət dövriyyəsi 200 milyard dollar artacaq. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan ildə 3-3,5 milyard dollar təkcə tranzit gəliri əldə edəcək.

Daha ətraflı videoda:



Xəbər 363 dəfə oxunub.



12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +