XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


08.04.2025  10:35 

Bəs hanı bizim 1 milyon ton yerli tədarük?





A+  A-

Əslində daxili tədarük ehtiyacımız üçün yetərlidir. Lakin araşdırmalar göstərir ki, ya tədarük statistikası yalandır, ya da ixracat statistikası...

Çünki daxili tələblə tədarük arasında fərq böyük deyil. Lakin ölkədə il ərzində yerli məhsul tapmaq demək olar ki, bir neçə ay çəkir. Sonra bazar idxal edilən kartoflarla dolur. Axırda sual verəcəm. İndi isə gəlin statistikaya baxaq:

2024-cü ildə Azərbaycanda kartof tədarükü ilə bağlı statistika:

Kartof istehsalı: 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 892,347.7 ton kartof yığılib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.1% azalma deməkdir.

Kartof ixracı: Eyni dövrdə Azərbaycan 48,234 ton kartof ixrac edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34% azdır.

Əkin sahələri: 2024-cü ilin yanvar-aprel aylarında kartof əkin sahələri 43,556 hektar olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5.1% azdır.

Adambaşına kartof istehlakı: 83.9 kq

Ölkə əhalisi (təxminən): 10,150,000 nəfər

Daxili tələbat: 83.9 kq × 10,150,000 nəfər = təxminən 852,000 ton.

Kartof istehsalı 1,010,520 ton, ixrac 71,192 ton, idxal 172,656 ton.

Bəs hanı bizim 1 milyon ton yerli tədarük?

Cəmi 71 min ton ixrac etmişik axı...

Əvəzində 172 min ton idxal edirik. O zaman sual olunur - Rəsmi statistikada olan 1 milyon ton kartof hara gedib? Bazarda yoxdu, aqrar sektorda, şəkər istehsalında da azalma var. Bu sual hələ də açıq qalır.

Əvəzində ortaya idxal və ixracatla bağlı Gömrük Komitəsinin açıqladığı rəqəmlər fərqli mənzərə çıxarır. "Statkom"un, Gömrük Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyinin statistikası daban-dabana ziddir.

Razi Abbasbəyli

Xəbər 3671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +