XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


08.03.2024  02:21 

Gərgin və çətin qarşılaşma oldu -Xabi Alonso





A+  A-

"Gərgin və çətin qarşılaşma oldu. İlk hissədəki nəticə yaxşı deyildi".

Xəzərnews.az xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" komandasının baş məşqçisi Xabi Alonso Bakıda "Qarabağ"la heç-heçə (2:2) etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib: "Sabahdan Bundesliqanı düşünəcəyik".

Alonso "Qarabağ"ın güclü kollektiv olduğunu söyləyib: "Növbəti həftə nə olacağını bilmirik. 90 dəqiqəni nəzərə alsaq, rəqibə nisbətən bizim bəxtimiz gətirdi".

O, "köhlən atlar"ın Avropada təcrübəyə malik olduğunu vurğulayıb: "Azərbaycan futbolu deyəndə ağlıma "Qarabağ" gəlir. Onlar uzun müddət avrokuboklarda çıxış edirlər. Çempionlar Liqasında "Atletiko" ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür, Bundesliqada mübarizə apara bilərlər".//Report


Xəbər 5128 dəfə oxunub.



09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +