Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


15.02.2019  14:20 

“Yeni qaydalar tələbələr arasında rəqabət yaradacaq“





A+  A-

Nazirlər Kabinetinin tapşırığı ilə ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 min artırılması ilə bağlı artıq ilkin təkliflər var.
XəzərNews.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bir ay ərzində həmin yerlərin ixtisaslar üzrə bölgüsü təsdiq olunacaq.

Nazir qeyd edib ki, ilkin təkliflər hazırlanıb və hökumət tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Nazir bildirib ki, yeni qaydalar tələbələr arasında rəqabət yaradacaq:

“Təqaüd almaq hər bir tələbənin istəyidir. Yaxşı yadımdadır biz də ali təhsil alarkən yüksək təqaüd almaq üçün can atırdıq. Hesab edirəm bugünkü sistem eyni rəqabətə imkan verir. Düzdür, həmin dövrlə indi verilən təqaüdləri müqayisə etmək çətindir. Səhv etmirəmsə, o zaman adi təqaüd 40-45, əlaçı təqaüdü 60 manat idi. O vaxtdan sonra milli valyuta dəfələrlə dəyişib və bu gün bir fərqli dövrdə yaşayırıq. Bununla yanaşı artım nəticəsində akademik göstəricisi yüksək olan tələbə artıq 130 manat təqaüd alacaq. 1990-95-ci illərdə mən tələbə olarkən aldığım təqaüddən daha yüksəkdir”.

Xəbər 3372 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +