Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


03.11.2018  14:27 

“Adı əsas gətirib müraciətə rədd cavabı verə bilməzdik” - “Kobra” qalmaqalına daha bir reaksiya





A+  A-

"Azərbaycan Mətbuat Şurasına üzvlük fərdidir. Müraciət edən sayt, qəzet, jurnalın fəaliyyəti araşdırılaraq baxılması üçün İdarə Heyətinin müzakirəsinə təqdim olunur."
XəzərNews.az bildirir ki, bu barədə açıqlamanı BakuPost-a Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azadınform" İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev verib.

N.Niftiyev bildirib ki, hər hansı bir qəzetin və yaxud da saytın adı ilə bağlı tənqidi müzakirələr normaldır: "Biz bu saytın adının kobramedia.az olduğunu əsas göstərib Şuraya üzv qəbul etməyə bilməzdik. KİV orqanlarının üzvlük məsələsi onların adına görə deyil, fəaliyyətinə görə müəyyən edilir. Kobrameda.az-ın təsisçisi tanınmış jurnalist, uzun illər Azərbaycanın sanballı media orqanlarında çalışan, adı hansısa reket fəaliyyətində hallanmayan Valeh Mirzədir. V.Mirzə həm də şairdir. Saytın adı ilə bağlı biz də suallar verdik, hətta dəyişdirlməsi təklif olundu, onun da cavabına hörmətlə yanasdıq".

N.Niftiyev bildirib ki, saytın adını müzakirəyə çıxarıb Mətbuat Şurası İdarə Heyəti üzvlərini tənqid edənlər haqlı deyillər: "Biz Valeh Mirzənin və saytının fəaliyyətində qeyri-qanuni heç nə görməmişik, saytla və baş redaktorla bağlı heç bir müraciət, şikayət yoxdur. Adı əsas gətirib Şura üzvlüyünə müraciətinə rədd cavabı verə bilməzdik".

Baş redaktor sonda bildirib ki, həm Sovet dövründə, həm də müstəqillik illərindən bu sayaq adlar altında fəaliyyət göstərən kifayət qədər satirik-yumoristik KİV adlarına rast gəlmək mümkündür.

Xəbər 3120 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +