Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


22.08.2017  15:32 

Alimlərin yeni kəşfi — Marsda gecələr qar yağır





A+  A-

Alimlər Marsda gecələr qar yağdığını bildiriblər.
XəzərNews.az xəbər verir ki, "Centre National de la Recherche Scientifique" mərkəzinin amerikalı və fransız tədqiqatçıları Qırmızı Planetdə gecələr qar yağdığını müəyyən ediblər.

Alimlərin fikrinə əsasən Marsın arxa tərəfində, 10-20 km hündürlükdə quru buz və ya donmuş karbon qazından buludlar yaranır. Günəş batdıqdan sonra buzun bir hissəsi planetin üzərinə enir və güclü külək əsl qar fırtınası yaradır.

Tədqiqatçılar qeyd ediblər ki, qarın yüksək sürətlə hərəkəti qədim Mars atmosferində suyun yoxa çıxma səbəblərindən biri ola bilər. Yeni kəşf Mars və digər kosmik obyektləri daha yaxşı tədqiq etməyə imkan yaradacaq.

Qeyd edək ki, 2008-ci ildə "Phoenix" Mars aparatının köməyi ilə planetdə qar yağışı qeydə alınıb. Qarın analizindən sonra onun tərkibində donmuş su kristalları aşkar edilmişdi.

Xəbər 3841 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +