Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


09.07.2025  10:00 

PEZEŞKİANIN ŞUŞA SƏFƏRİ... XOMENEİ NİYƏ QƏZƏBLƏNİB?





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

- İsraildə, ABŞ-da və Rusiyada Azərbaycan mövzusunu izləyirlər. İran hökumətinin oradakı soydaşlarımıza münasibəti də çox pisdir. M.Pezeşkian Azərbaycana gəldi, Xankəndi, Şuşada oldu. Bu Ali rəhbərdə çox böyük qıcıq yaratdı. Hətta Ali rəhbər onu iştirak etdiyi Aşura mərasiminə buraxmadı. M.Pezeşkian Ərdəbildə ən böyük məsciddə “Şami qəriban” gecəsində iştirak etməklə Məhərrəmliyi ən yüksək səviyyədə qeyd etdiyini nümayiş etdirdi. Çünki Ərdəbil İranda şiəliyin, hüseynçiliyin paytaxtıdır. Bu İranda anti-Azərbaycançılığın bünövrəsinin ali rəhbərə söykəndiyini qeyd etməyə tam əsas verir. Əlbəttə, bu şəxsən mənim Ali rəhbərə münasibətimi dəyişməyəcək, azərbaycançılıq prinsipi hər şeydən üstündür.

Ali rəhbərin uzun müddət informasiya mənbəyi yalnız SEPAH olub. Qasım Süleymanidən bu vaxta qədər ermənilərlə bağlı müsbət məlumatlar olub. Azərbaycan Respublikasını məhv etmək üçün ən yaxşı konsepsiyanın erməniləri dəstəkləmək olduğuna Ali rəhbəri inandırıblar. Bunu 2011-ci ildə İranın Ermənistandakı səfiri Saqiyan da bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsində ərazi bütövlüyü ilə millətlərin öz müqəddəratını təyin etməsi eyni götürülməlidir. İranın mövqeyi eyni bundan ibarətdir və bu mövqeni də ali rəhbər S.Ə.Xamenei müəyyənləşdirib. Azərbaycan Respublikasına gücü çatmayanda Ali rəhbər cənubdakı soydaşlarımızı qırğına verəcəkdir.

Cənubdakı soydaşlarımızın gedən proseslərə reaksiya verməsi həyati məsələdir. Bu gün cənublu soydaşlarımız Azərbaycan Respublikasına birləşmək mövzusunu qaldırmaq zərərlidir. Beynəlxalq hüquqla hələki bu məsələnin həlli tapılmayıb. İran hökuməti bundan istifadə edə bilər. Bizdən əvvəl İranda etnik mövzuda maraqlı olan qonşu dövlətlər var. Kürd və bir neçə istiqamətdən ərəb mövzusu var. Oradakı azərbaycanlılarımızın verdiyi reaksiya İran üçün indiki vəziyyətdə hətta fayda da verə bilər. Mütləq deyil ki, oradakı soydaşlarımız “Vahid Azərbaycan” yaratsın. Öz dövlətlərini yaratmaq istiqamətində mərhələli, təkamül yolu ilə addımlar ata bilərlər. Müəyyən formullar, düsturlar ortalığa qoya, toplantılar keçirə bilərlər.

M.Pezeşkiana Ali rəhbərin münasibəti bəllidir. M.Pezeşkianın ətrafında toplaşa, müəyyən qədər iqtisadi muxtariyyət tələb edə, sonradan bu iqtisadi muxtariyyəti genişləndirə bilərlər. Bütün bunların hamısı İranın daxilində olan məsələlərdir. Bunları məhz azərbaycanlılarımız öz prizmalarından sistemləşdirməlidirlər. Bəlkə də bu İrana müharibənin qabağını ala, İran dövlətinə müəyyən qədər həyat verə bilər.

İran İslam İnqilabının mahiyyəti SSRİ-yə qarşı mübarizə aparmaq idi. SSRİ də o dövrdə İran siyasətini Ulu Öndər Heydər Əliyevin timsalında göstərirdi. İndi İranda Moskvanı unudublar, Ulu Öndər Heydər Əliyevin kursunu daimi yada salırlar, heyfini bizdən çıxmaq istəyirlər. Faydasızdır, bizim əlavə resurslarımız var.




Xəbər 685 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +