Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı
Ərəb turistlər Şəhidlər Xiyabanını ziyarət etdi
Müəllim sinifdə məktəbli qızla porno filmlər çəkib
200 balı keçən hər bir abituriyent tələbə olacaq - EKSPERT
Hacıyev Qərbə 45 milyon dollara məxfi məlumat satıb
Rusiya Macarıstana xam neft nəqlini bərpa edib


19.08.2025  14:17 

Satıcı-anbardar həbs edilib - 50 min manat yeyinti





A+  A-

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax regional anbarının satıcı-anbardarı həbs edilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hikmət Fətəliyev şirkətin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.

Burada söhbət 50 min manatdan artıq yeyintidən gedir. Satıcı anbardar prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 309 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

İttihamların ağırlığı da nəzərə alınaraq H.Fətəliyev barəsində həbs qərarı verilib. Təqsiri sübuta yetirilsə və ziyan ödənilməsə, o, 5 ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xəbər 506 dəfə oxunub.




20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +