Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


04.06.2025  17:56 

3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat





A+  A-

"Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb".

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Miqrasiya Xidməti (DMX) birgə məlumatında deyilir.

Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında DTX və DMX birgə tədbirlər görüb.

Nəticədə başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər - 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif, 1981-ci il təvəllüdlü Kərim Bux və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

Həmin şəxslər “Dini etiqad azadlığı haqqında” Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilib və ölkə hüdudlarından kənara çıxarılıb.

Xəbər 2199 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +