İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb
Krım pilotsuz təyyarələrin hücumuna məruz qalıb
Kiyevdə rus casusu saxlanıldı
Polis 44 kiloqram narkotik vasitə aşkarlayıb


19.08.2025  13:02 

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü





A+  A-

Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüşləri ilə fərqlənən “Nar” Beynəlxalq Biznes Mükafatlarında “İlin Kommunikasiya və ya PR kampaniyası” nominasiyasında “Gümüş Stevie” mükafatına layiq görüldü.

“Nar”ın mükafata layiq görülən sosial layihəsi nitq və eşitmə məhdudiyyətli şəxslərə yönəlmiş “Təlim məktəbi” iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olur. Layihə çərçivəsində 200-dən çox gəncə müxtəlif peşələr üzrə təlim və dəstək göstərilib.

Qeyd edək ki, bu il Beynəlxalq Biznes Mükafatlarına 78 ölkədən 3800-dən çox müraciət olub. Layihələr müxtəlif ölkələri təmsil edən, ümumi tərkibi 250-dən çox mütəxəssisdən ibarət olan doqquz münsif heyəti tərəfindən dəyərləndirilib.

"Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova bildirib: “Eşitmə və nitq məhdudiyyətli şəxslərə yönəlmiş sosial layihələrimiz onların həyat keyfiyyətinin yaxşılaşmasına və cəmiyyətdə bərabər imkanların yaradılmasına mühüm töhfə verir. “Nar”ın inklüziv cəmiyyət qurmaq istiqamətində atdığı strateji addımların beynəlxalq miqyasda tanınması və nüfuzlu mükafatla dəyərləndirilməsi sosial məsuliyyət strategiyamızın uğurla həyata keçirildiyinin göstəricisidir".

“Stevie Awards” 2002-ci ildə ABŞ-da təsis olunub və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin və fərdlərin biznes sahəsindəki nailiyyətlərini qiymətləndirir. Mükafat qalibləri uğurlu nümunə kimi təqdim olunur. Qeyd edək ki, “Nar” bu nüfuzlu mükafata artıq üçüncü dəfə layiq görülür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 821 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +