Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


29.08.2025  10:00 

MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMADI, 500 MANAT CƏRİMƏLƏNDİ





A+  A-

Xəbər verdiyimiz kimi, Ağstafa rayonu Heydər Əliyev prospekti 53 saylı ünvanla Eyvaz Qələmçəli küçəsi 2 saylı ünvanın kəsişməsində yerləşən və Elşən Musayevə məxsus torpaq sahəsi bacısı Məlahət Musayeva və Ağstafa Bələdiyyəsi tərəfindən əlavə sənəd çıxarılaraq rayon sakini Mircəlal Mahmudova satılıb.

Şikayətçi Elşən Musayev Pozan TV-yə bildirib ki, ərazidə tikintinin dayandırılması ilə bağlı məhkəmənin 18 iyul 2025-ci il tarixli qərarına məhəl qoymayan iş icraçısı Nemət Həsənov Ədliyyə Nazirliyinin Şəmkir Regional İdarəsi tərəfindən 500 manat cərimələnib.

Məsələ ilə bağlı Pozan TV-yə danışan Məlahət Musayeva isə qeyd edib ki, təminat tədbiri onun yerinə tətbiq edilib:

Qeyd edək ki, torpağın əvvəlki sahibi Elşən Musayev bildirib ki, məhkəmə qərarı elə məhz hazırda tikintisi aparılan yerlə bağlıdır.

Ərazidə tikinti aparan Mircəlal Mahmudov isə məsələyə münasibət bildirməyib.

Xatırladaq ki, Ağstafa rayon Məhkəməsində hakim Heyran Mürsəlovanın sədrliyi ilə keçirilən prosesdə Ağstafa şəhər Bələdiyyəsi ilə Musayeva Məlahət Məmməd qızı arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilib. Eyni qərarla ləğv olunmuş sənəd əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Məlahət Musayevanın adına olan çıxarışı da ləğv edilib.

Hazırda proses davam edir.



Xəbər 1390 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +