Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


27.02.2023  12:46 

Zelenski və nazirləri niyə hərbi geyimdə gəzir?





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenskinin və Ukrayna nazirlərinin Rusiya Federasiyasına genişmiqyaslı işğalından sonra niyə hərbi geyim və ya kamuflyaj geyindikləri açıqlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “German Focus”a müsahibəsində deyib.

"Bunu diplomatik müharibə etiketi hesab edin. Bu geyimlər bizi ölkəmiz üçün canlarını verən müdafiəçilərlə birləşdirir", - Şmıqal deyib.

Baş nazirin sözlərinə görə, Ukrayna rəhbərliyi rus işğalçıları üzərində qələbəyə qədər hərbi geyimdə olacaq:

"Müharibə bitənə qədər biz bu formanı geyinəcəyik. Bu, Ukraynanın döyüşdüyünü və döyüşməyə davam edəcəyini simvolizə edir. Sizin ölkəniz forma geyinib öz varlığı üçün mübarizə apararkən kostyum və qalstuk taxmaq mümkün deyil".

Xəbər 2513 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +