İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı
Paşinyandan ermənilərə Ağrı dağı DƏRSİ


16.10.2021  20:36 

Araz aşıqdan, Kür də topuqdan





A+  A-

Serbiya ilə qarşılaşmadan əvvəl Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi, təxminən belə demişdi: "Qrupda vəziyyətimiz elədir ki, meydana tam sərbəst çıxacağıq”. Açması odur ki, heç bir iddiamız yoxdur, qrupun sonuncu pilləsini möhkəm özəlləşdirmişik.

Ona görə də, meydanda tam sərbəst olacağıq. Yəni Araz aşığımızdan, Kür də topuğumuzdandır. Araz aşığından, Kür də topuğundan olan yığma Serbiyaya məğlub oldu – 1:3. Allah göstərməsin, əgər Araz aşıqdan, Kür də topuqdan olmasaydı, hesab necə olardı?

Utandırırdı adamı

Əsas millimizin Serbiya ilə qarşılaşmasından 10-15 dəqiqə əvvəl U-21 yığmamız Bakıda Xorvatiyaya məğlub olmuşdu – 1:5. Azərbaycan futbolunun gələcəyi hesab olunur bu futbolçular. Xorvatiya ilə qarşılaşmada gələcəyimizin bərbad durumu utandırırdı adamı. Bir tərəfdə futbolu başla – ağıl və zəka ilə oynayan xorvatlar, digər tərəfdə isə ayağından da maksimum yararlana bilməyən azərbaycanlı futbolçular.

Bir xala görə 4 milyon?

Hər iki yığmamız qrupda cəmisi bir xal toplayıb. Əsas yığma 4 qol vurub, 15-ni də buraxıb. U-21 isə 2 qol vurub, 14 top buraxıb. Və hər iki yığmanın baş məşqçisi əcnəbidir. Biri İtaliyadan, biri də Serbiyadan öz dəstəsi ilə gəlib Azərbaycana. Birinin dəstəsi ildə, təxminən 2 milyon, ikincinin komandası isə 800 min dolları Azərbaycandan çıxardır. Hər yığmanın qazandığı bir xala görə, 4 milyon vəsait itirir Azərbaycan il ərzində.

10 milyonun 10 quruşluq nəticəsi

Bəs yığıma o 1 xalı yerli mütəxəssislə qazana bilməzdi? Elə qazanardı. Özü də cüzi məvaciblə. Elə isə pulumuzu əcnəbilərə niyə veririk? Hələ bu harasıdır. AFFA-nın hər il açıqladığı hesabata görə, bu iki yığmaya il ərzində 10 milyon manat vəsait xərclənir. 10 milyonluq vəsaitin 10 quruşluq nəticəsi. Azərbaycan millisindən daha yaxşı nəticələr göstərən yığmalar var ki, il ərzində heç 2 milyon vəsait xərcləmirlər. Pulumuzu xərcləməyə yer tapmırıq?

Yer tapmırıq ki, tapmırıq...

Yerə nə gəlib? Dönüb Azərbaycanın bölgələrində uşaq futbolunun durumuna baxmaq kifayətdir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bir neçə gün əvvəl rayonları gəzirdi. Uşaqlarla harada görüşürdü, bilirsiniz? Olimpiya İdman Mərkəzlərinin keyfiyyətsiz süni örtüklü meydançalarında. O komplekslərin isə AFFA-ya heç bir dəxli yoxdur. Bəs hanı AFFA-nın qurduğu infrastruktur? Almanın, xorvatın, italyanın, serbin cibində. Pulumuzu xərcləməyə yer tapmırıq ki, tapmırıq...

Natiq MUXTARLI


Xəbər 3735 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +