Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”


07.05.2021  15:43 

Musa Yaqub vəfat etdi





A+  A-

Azərbaycanın Xalq şairi Musa Yaqub vəfat edib.
XəzərNews.az bildirir ki, bu barədə şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib. O qeyd edib ki, M. Yaqub bu gecə 84 yaşında dünyasını dəyişib:

"Srağagün özü ilə telefonda danışmışdım, hal-əhval tutdum. Amma dünən eşitdim ki, vəziyyəti dəyişib. İsmayıllı rayonu Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı, vəziyyəti ağır idi. Öz vəsiyyəti bundan ibarət idi ki, Buynuz kəndində həyat yoldaşının yanında dəfn edilsin".

Xatırladaq ki, M. Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Xalq şairi 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Buynuz kənd 8 illik məktəbinin müdiri, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb, "Zəhmətkeş" qəzetinin redaktoru olub. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri vəzifəsini icra edib.

Xəbər 4464 dəfə oxunub.




22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib


BÜTÜN XƏBƏRLƏR +