Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?
Sudanda torpaq sürüşməsi: 1000-dən çox adam ölüb
Belçika da Fələstin dövlətini tanıyacaq


10.02.2023  16:07 

“Ermənistan sülh müqaviləsini bilərəkdən yubadır” - QHT sədri





A+  A-

"Əslində 2020-ci ildə Ermənistanın kapitulyasiyasi ilə başa çatan 44 günlük müharibədən keçən ötən müddət ərzində yekun sülh müqaviləsinin imzalanması gözlənilən idi. Təəssüf ki, bu müddətdə heç bir müqavilə imzalanmadı, tam əksinə ötən ilin sentyabrında sərhəddə vəziyyət təkrarən gərginləşdi, hər iki tərəfdən xeyli itki oldu".

XəzərNews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev deyib.

Onun sözlərinə görə, bunun ardınca Ermənistanda ictimai -siyasi vəziyyət gərginləşdi:

"Əlbəttə, bütün bunlar imzalanacaq müqavilənin detallarının müzakirəsinin aparıldığı bir vaxta təsadüf etdi. Yəni, açıq - aydın müşahidə olunur ki, Ermənistanın mövcud siyasi hakimiyyəti hər hansı bir sülh müqaviləsinin imzalanmasını bilərəkdən yubadır. Belə ki, müqavilə ilə bağlı hər hansı bir müzakirə başlayan kimi erməni ictimaiyyəti müxalifət adı ilə hərəkətə gəlir".



Niyaz Niftiyev sözlərinə belə davam edib:

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bir müddət əvvəl "biz Azərbaycana sülh təklifləri təqdim etmişik" açıqlamalarını bu günlərdə yenilənməsinə və hətta rəsmi Bakıdan cavab aldıqlarını iddia etməsinə baxmayaraq ortada hər hansı bir təklif və ona cavabın verildiyi təsdiq olunmur.

Digər bir məqam isə 2022-ci ilin dekabrın 12-də Şuşa-Laçın yolunda Azərbaycan ekofəalların başladığı dinc aksiya, Xankəndində Ruben Vardanyanın təxribat xarakterli açıqlamaları onu deməyə əsas verir ki, 2023-cü ildə hər hansı bir sülh müqaviləsinin imzalanması gözlənilən deyil.

Düşünürəm ki, bölgəyə - daha doğrusu tərəflər arasında sülh müqaviləsinin imzalanmasına mane olan beynəlxalq güclər var. Konkret olaraq Fransa sülh müqaviləsinin imzalanmaması üçün hər şeyi edir. İran faktorunu da nəzərdən qaçırmaq olmaz, rəsmi Tehran hər vəchlə Ermənistanın yanındadır. Rusiya bölgədə həm siyası, həm də sülhməramlı adı ilə də olsa fəallığını qoruyub saxlayır.

Hesab edirəm ki, növbəti müharibə qaçılmazdır. Bu müharibə 2020-ci ildə olduğu kimi 44 gün deyil, daha az çəkə bilər".

Ayşən Vəli

Xəbər 2993 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi


BÜTÜN XƏBƏRLƏR +